Beynəlxalq tələblərə uyğunluğun təmini və idarəetmə sistemlərinin effektivliyinin təmini üzrə məsləhət, təlim, audit, sertifikatlaşdırma prosesində dəstək xidmətləri mərkəzi

ŞİRKƏT HAQQINDA

“MİD” MMC şirkəti ölkəmizdə istehsal olunan məhsulları və həyata keçirilən xidmətlərin keyfiyyətli və rəqabət qabiliyyətli olması, effektiv və beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi üzrə idarəetmə həlləri təqdim edən xidmət mərkəzidir.

Xidmət mərkəzi olaraq beynəlxalq tələblərə, müasir metod və texnologiyalara əsaslanaraq müəssisədə idarəetmə sistemlərinin tələblərə uyğunluğunun təmin edilməsi, idarəetmənin effektivliyinin qiymətləndirilməsi və artırılması, idarəetmə sistemlərinin, məhsul və ya iş proseslərinin tələblərə uyğunluğunun yoxlanması, personalın beynəlxalq idarəetmə standartları üzrə təlimləndirilməsi üzrə xidmətlər həyata keçiririk.

Şirkət fəaliyyətə başladığı gündən etibarən bir çox müəssisənin inkişafına dəstək olmuş, beynəlxalq standartların tətbiqi, biznes proseslərinin təkmilləşdirilməsi və beynəlxalq sertifikatların uğurla əldə edilməsi istiqamətində uğurlu xidmətlər həyata keçirmişdir.

Peşəkar komandamız müştərilərin ehtiyaclarını təhlil edir və onlara ən uyğun idarəetmə və inkişaf strategiyalarını təklif edir.

MİSSİYAMIZ

Müştərilərimizin rəqabət qabililiyyətliyini artırmaq

MƏQSƏDİMİZ

Təşkilatlara fəaliyyətlərinin effektivliyin yüksəldilməsi istiqamətində doğru xidmətlər təqdim etmək.

DƏYƏRLƏRİMİZ

Keyfiyyətli xidmət, məsuliyyətli və operativ komanda,məmnun müştəri və dayanıqlı tərəfdaşlıq

FƏQRLİLİYİMİZ

Səriştəli və peşəkar komanda, geniş xidmət çeşidi, operativ xidmət və davamlı xidmət

TƏSİSÇİ HAQQINDA

ÇİNARƏ TOFİQ QIZI MƏMMƏDOVA

Çinarə Məmmədova idarəetmə sistemləri, audit və konsaltinq sahəsində uzun illərin təcrübəsinə malik peşəkar mütəxəssisdir.

O, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə beynəlxalq standartların tətbiqi, idarəetmə sistemlərinin qurulması və inkişafı istiqamətində məsləhət xidmətləri təqdim etmişdir.

Onun rəhbərliyi altında MID Consulting bir çox uğurlu layihələr həyata keçirmiş və müştərilərin biznes inkişafına dəstək olmuşdur.

Təşkilati Struktur

Şirkətimizin təşkilati strukturu effektiv idarəetmə və layihələrin uğurlu icrası üçün formalaşdırılmışdır.